"Qarabağ" - "Ayntraxt" görüşünə 26 mindən çox bilet satılıb
Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.
Bu barədə Sportline.az-a Azərbaycan çempionundan məlumat verilib.
Qarşılaşma üçün hələlik 26500 bilet satılıb.
Qeyd edək ki, görüş bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.