"Qarabağ" - "Ayntraxt" görüşünə bu qədər bilet satılıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" oyununa indəyək 24 500 bilet satılıb.
Sportline.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Start fiti saat 21:45-də səslənəcək.