"Qarabağ" - "Ayntraxt" görüşünün hakimi bilindi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Qarabağ" - "Ayntraxt" oyununu idarə edəcək hakimlərin adı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu vəzifə İsveçrədən olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Sandro Şerer olacaq. Ona Stefan De Almeida və Jonas Erni kömək edəcək. Dördüncü hakim funksiyasını Yohannes von Mandax yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fahndrix olacaq. UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" görüşü yanvarın 21-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oyunun start fiti saat 21:45-də səslənəcək.