"Qarabağ" çempion!
Bu gün Topaz Premyer Liqasında 32-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, mərkəzi görüş paytaxtda keçirilib. "Zirə" lider "Qarabağ"ı qəbul edib.
İki cavabsız qolla qalib gələn Ağdam təmsilçisi vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, bu, "Qarabağın" ardıcıl 3-cü, ümumilikdə 4-cü çempionluğudur.
01 may 2016
TPL, 32-ci tur
“Zirə” – “Qarabağ” - 0:2
QOLLAR: Kintana, 28 (0:1); Reynaldo, 74 (0:2)
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov
Cari mövsümdəki oyunlar: 1:4, 0:0, 0:2
Zirə İdman Kompleksinin stadionu