"Qarabağ" Çexiyaya yola düşür
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Viktoriya" (Plzen) ilə qarşılaşacaq "Qarabağ" bu gün Çexiyaya yola düşəcək. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi saat 15:30-da Bakı-Plzen reysi ilə ölkəni tərk edəcək. Komandanın axşam saatlarında Plzenə çatacağı gözlənilir.
Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlanacaq.