"Qarabağ" daha bir futbolçu ilə yollarını ayırdı

“Qarabağ” daha bir futbolçu ilə yollarını ayırıb. Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu müdafiəçi İlqar Qurbanovdur.

Xatırladaq ki, 2011-ci ildən  “Qarabağ"ın şərəfini qoruyan Qurbanov 144 dəfə komandanın heyətində meydana çıxaraq, rəqib qapılarına 6 qol vurub.