"Qarabağ" - "Düdelanj" oyununun hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Düdelanj" oyununun hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, görüşdə əsas söz sahibi İsraildən olan ədalət təmsilçisi Orel Qrinfild olacaq. Ona həmyerliləri Dani Krasikov və İdan Yarkoni kömək edəcəklər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın start fiti 12 iyul saat 21:00-da səslənəcək.