"Qarabağ" gerilədi, "Qəbələ" və "Neftçi" irəlilədi

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, 708 komandanın yer aldığı siyahıda 10 Azərbaycan klubunun da adı var.

Ən yaxşı nəticə yenə "Qarabağ"ın aktivindədir. Ötən ayla müqayisədə 9 pillə geriləyən Ağdam təmsilçisi 209-cudur. 

"Qəbələ" və "Neftçi" isə, əksinə, mövqelərini yaxşılaşdırıb:

209 (200) “Qarabağ” – 1920 xal (-32)
296 (294) “İnter” – 1622 (-1)
330 (339) “Qəbələ” – 1549 (+41)
366 (376) “Neftçi” – 1447 (+41)
401 (390) AZAL – 1322 (-36)
410 (399) “Zirə” – 1303 (-29)
422 (419) “Kəpəz” – 1256 (-14)
428 (449) “Sumqayıt” – 1233 (+51)
511 (495) “Xəzər Lənkəran” – 1020 (-40)
527 (529) “Rəvan” – 972 (+17)

Siyahıya "Barselona" başçılıq edir. "Real" ikinci, "Bavariya" üçüncüdür:

1. “Barselona” (İspaniya) – 4430 xal
2. “Real” (İspaniya) – 4402
3. “Bavariya” (Almaniya) – 4081
4. “Atletiko” (İspaniya) – 3976
5. PSJ (Fransa) – 3798
6. “Yuventus” (İtaliya) – 3764
7. “Borussiya” (Dortmund, Almaniya) – 3504
8. “Mançester Siti” (İngiltərə) – 3380
9-10. “Arsenal” (İngiltərə) – 3336
9-10. “Benfika” (Portuqaliya) - 3336