"Qarabağ" hazırlığa başladı
Çempionlar Liqasında mübarizəni davam etdirən “Qarabağ” Azərbaycan Premyer Liqasının yeni mövsümü üçün hazırlığa başlayıb. Sportline.az xəbər verir ki, "köhlən atlar" çempionatın ilk turunda “Neftçi”nin qonağı olacaq.
Klubun feysbuk səhifəsində verilən xəbərə əsasən, Qurban Qurbanovun yetirmələri artıq bu görüşün hazırlığına başlayıb.
Qeyd edək ki, yeni mövsümün açılış oyunu olan “Neftçi” – “Qarabağ” matçı avqustun 11-də keçiriləcək.