"Qarabağ" "İnter"ə, "Neftçi" "Qəbələ"yə qarşı
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. SportLine.az xəbər verir ki, qarşılaşmaların hər ikisi paytaxtda keçiriləcək.
Çempionatın lideri "Qarabağ" "İnter"in qonağı olacaq. Ağdam təmsilçisi mövsümü qızıl dublla başa vurmaq üçün kubok yarışında da uğur qazanmağa çalışacaq. Lakin "bankirlər"lə görüşün "köhlən atlar" üçün asan keçməyəcəyi dəqiqdir.
Cari mövsüm işləri qaydasında getməyən "Neftçi" isə "Qəbələ"ni qəbul edəcək. Avrokuboklara qatılmaq uğrunda yarışan iki komandanın dueli gərgin mübarizə vəd edir.
27 aprel 2016
Azərbaycan kuboku, 1/2 final (İlk oyunlar)
16:00.“İnter” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Mehman Mahmudov
“İnter Arena”
19:00.“Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov
8-ci km stadionu