"Qarabağ" - "Kayrat" görüşünə bilet satışı davam edir

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda "Kayrat"la (Qazaxıstan) matçına bilet satışı davam edir. 

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, indiyədək 10 min bilet satılıb. 

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə verilib. 

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlanacaq.