"Qarabağ" - "Kayrat" görüşünə nə qədər bilet satılıb?
"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi oyuna böyük maraq var.
Sportline.az Ağdam klubunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş üçün 2 günə 7 mindən çox bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Mərkəzi arena 30 min fanat qəbul edə bildiyindən, matç üçün 15 min bilet satışa çıxarılıb.
Qeyd edək ki, oktyabrın 21-nə təyin olunan "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.