"Qarabağ" - "Kayrat" görüşünün stadionu məlum oldu
“Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan “Kayrat”ına qarşı keçirəcəyi ev oyununun stadionu məlum olub.
Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Oktyabrın 21-ə təyin olunan qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oktyabrın 21-də, Bakıda keçiriləcək “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də başlanacaq.
Qeyd edək ki, Konfrans Liqasının H qrupunda 4 xalla lider olan “Qarabağ” “Kayrat”la yanaşı, “Bazel” (İsveçrə) və “Omoniya” (Kipr) ilə mübarizə aparır.