"Qarabağ" "Kayrat"la oyunun favoritidir
UEFA Konfrans Liqasının 4-cü turunun "Kayrat" - "Qarabağ" matçı ilə bağlı sorğu keçirir.
Sportline.az xəbər verir ki, qurumun rəsmi saytında izləyicilərə "Kayrat" - "Qarabağ": kim qalib gələcək?" sualı ünvanlanıb.
Bu dəqiqələrdə proqnoz bildirənlərin 80 faizə qədəri "Qarabağ"i favorit görür. 17 faiz "Kayrat"ın qələbəsinə, 6 faiz isə görüşün heç-heçə bitəcəyinə inanır.
Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.