"Qarabağ" - "Kopenhagen": Biletlər satışa çıxır

UEFA Çempionlar Liqasının "pley-off" mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" görüşünün biletlərinin satışa çıxacağı tarix dəqiqləşib. SportLine.az xəbər verir ki, azarkeşlər avqustun 12-dən etibarən biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə edə biləcəklər.

Qiymətlər sektorlara görə 1, 2, 3, 5 və 10 manat arasında satılacaq. VİP biletlər isə 50 manat dəyərində olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də Bakıda keçiriləcək və 20:00-da start götürəcək.