“Qarabağ” - “Kopenhagen” görüşünün başlanma saatı məlum oldu
Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" duelinin başlanma saatı müəyyənləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, avqustun 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:00-da start götürəcək.
Cavab matçı avqustun 23-də Danimarkada olacaq.