"Qarabağ" - "Kopenhagen" oyunu üçün biletlərin qiyməti açıqlandı
Çempionlar Liqasının "pley-off" mərhələsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) matçının biletləri bu gün çapa göndərilib. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Klub rəsmisi bildirib ki, UEFA gec təsdiqlədiyindən biletləri çapa yalnız bu gün göndərmək mümkün olub. Onun sözlərinə görə, biletlər şənbə günü - avqustun 12-də satışa çıxarılacaq. Bilet qiymətləri sektorlardan aslı olaraq 1-50 manat aralığında olacaq. Bəzi sektorlarda qiymətlərin dəyişməsi gözlənilir.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.(fanat.az)