"Qarabağ" mövqeyini qorudu

UEFA  Avrokuboklarda qrup mərhələsinin 1-ci turundan sonra klubların reytinq siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, ötən gün Konfrans Liqasının qrup mərhələsində "Bazel"lə heç-heçə edən (0:0) “Qarabağ” qitənin ən yaxşı 100 klubu arasında öz mövqeyini qorumağı bacarıb. Ağdam təmsilçisi 18, 500 xalla 71-cidir. 

Siyahıya “Bavariya” (Almaniya) rəhbərlik edir (118.00). “Mançester Siti” ikinci ( 113.00), “Liverpul” isə üçüncü pillədədir (107.00).

“Qarabağ” “Şerif” (Moldova), “Volfsburq” (Almaniya), ÇFR (Rumıniya), “Gent” (Belçika) və “Molde”dən (Norveç) 0,500 xal geri qalır.