"Qarabağ" "Neftçi" ilə oyuna yenə itkilərlə çıxacaq?
Sabah futbol üzrə ölkə kuboku turnirində yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Sportline.az xəbər verir ki, maraqla gözlənilən görüşlrdən birində "Qarabağ" "Neftçi"nin qonağı olacaq. 2-0 hesabı ilə bitən ilk oyunda olduğu kimi cavab matçında da Riçard Almeyda ilə Bədavi Hüseynovun meydana çıxmayacağı gözlənilir. Onların zədəsinin tam sağalmadığı bidirilir. Xatırladaq ki, qarşılaşma sabah saat 19-30-da Tofiq Bəhramov adına respublika stadionunda başlanacaq.