"Qarabağ" növbəti görüşə çıxır

Qəbələdə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu "Sabah"la üz-üzə gələcək. Görüş saat 18:00-da başlanacaq.

Qeyd edək ki, bundan əvvəl "Keşlə" ilə yoxlama görüşü keçirən "Qarabağ" 3:1 hesabı ilə qalib gəlib.