"Qarabağ" heç-heçə ilə növbəti mərhələdə

20 iyul 2016
Çempionlar Liqası
II təsnifat mərhələsi (Cavab oyunu)

“Düdelanj” – “Qarabağ” - 1:1
QOLLAR: N`Diaye, 72 - Reynaldo, 90+4

"Düdelanj": 1. Jonatan Juber (k), 2. Kleyton Moreyra, 5. Tom Şnell, 9. Daniel da Mota, 19. Rodriqe Dikaba, 21. Dominik Ştolts, 25. Kevin Nakaş, 26. Cerri Prempe, 27. Brayan Meliss, 77. David Türpel, 99. Momar N`Diaye.
Ehtiyat oyunçular: 33. Co Frizinq, 7. Sanel İbrahimoviç, 8. Mario Pokar, 10. Yassin Ben-Aciba, 11. Dilan Delinyi, 22. Stelviu, 30. Aleksandr Lorente.
Baş məşqçi: Dino Topmöller.

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.  

***

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulur. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da bu gün cavab matçına çıxacaq. Rəqib Lüksemburqun "Düdelanj" klubudur.

Bakıda rəqibinə iki cavabsız qolla qalib gələn Ağdam təmsilçisi Lüksemburqda da favorit hesab olunur. Lakin "Düdelanj"ın doğma azarkeşlər önünə məğlub olmaq üçün çıxamayacağı dəqiqdir. Qurban Qurbanovun komandası isə üstünlüyü qorumaq haqda daha çox düşünür.

20 iyul 2016
Çempionlar Liqası
II təsnifat mərhələsi (Cavab oyunu)

20:00. “Düdelanj” – “Qarabağ”

Baş hakim: Kevin Klansi
Baş hakimin köməkçiləri: Stüart Stevenson, Sin Karr
Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)
Düdelanj. “Yos Nosbaum” stadionu