"Qarabağ" Çexiyadan heç-heçə ilə dönür
26 iyul 2016
Çempionlar Liqası
III təsnifat mərhələsi
"Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" - 0:0
QIRMIZI VƏRƏQƏ: Yan Baranek, 75 ("Viktoriya")
“Viktoriya”: 1. Matuş Kozaçik, 3. Aleş Mateyu, 22. Yan Baranek, 4. Roman Hübnik (k), 8. David Limberski, 17. Patrik Hroşovski, 7. Tomaş Horava, 11. Milan Petrjela, 26. Daniel Kolar, 19. Yan Kovarik, 12. Mihal Duriş
Ehtiyat oyunçular: 13. Petr Bolek, 2. Lukaş Heyda, 10. Yan Kopiç, 15. Mihael Krmençik, 23. Marek Bakoş, 27. Frantişek Raytoral, 29. Tomaş Kuçera
Baş məşqçi: Roman Pivarnik
“Qarabağ”:. 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Dinyev
Baş məşqçi: Qurban Qurbanov
***
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da ilk oyununa çıxacaq. Rəqib Çexiyanın "Viktoriya" (Plzen) komandası olacaq.
İki il öncə "Zalsburq"la, ötən il isə "Seltik"lə dueldən məğlub ayrılan Ağdam klubu bu dəfə uğurlu nəticəyə ümidlidir. Bunun üçün səfər qarşılaşmasında sərfəli nəticə qazanmaq tələb olunur.
Xatırladaq ki, "Dusan Arena"da keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 22:15-də səslənəcək.
26 iyul 2016
Çempionlar Liqası
III təsnifat mərhələsi
22:15. "Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ"
Baş hakim: Aleksandar Stavrev
Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)
Hakim-inspektor: Raymond Ellingem (Uels)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)
Plzen. “Dusan Arena” stadionu