"Qarabağ"dan növbəti "qızıl dubl"
Bu gün Azərbaycan kubokunun qalibi müəyyənləşəcək. SportLine.az xəbər verir ki, Naxçıvanda keçiriləcək final matçında "Qarabağ" və "Qəbələ" üz-üzə gələcək.
Çempionatı qalib bitirən Ağdam təmsilçisi, bu dəfə də qələbə barədə düşünür. Qurban Qurbanovun komandası Muxtar Respublikada sevinsə, mövsümü "qızıl dubl"la bitirəcək.
"Qəbələ" isə Premyer Liqada əldən verdiyi çempionluğu kubokla unutdurmaq niyyətindədir.
Həlledici görüşü Fariz Yusifovun rəhbəri olduğu hakimlər briqadası idarə edəcək. Matçın start fiti 16:00-da səslənəcək.
05 may 2017
Azərbaycan kuboku, FİNAL
"Qarabağ" - "Qəbələ" - 2:0
QOLLAR: Mahir Mədətov, 51 (1-0); Ürfan Abbasov, 69 (2:0)
Naxçıvan şəhər stadionu