"Qarabağ" Respublika stadionundan imtina etdi
Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi “Slovan”la oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.
SportLine.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
O qeyd edib ki, sözügedən oyun ya “Dalğa Arena”da, ya da Bakı Olimpiya Stadionunda keçiriləcək.