"Qarabağ" - "Roma" matçına biletlərin qiyməti açıqlandı

Azarkeşlər Çempionlar Liqasının "Qarabağ" - "Roma" matçına biletləri sentyabr ayının 7-dən etibarən qeyd olunan satış məntəqələrindən və  iTicket.az saytından əldə edə biləcəklər.

Sportline.az xəbər verir ki, biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP - 50 AZN

Kateqoriya 1 - 20 AZN

Kateqoriya 2 - 10 AZN

Kateqoriya 3 - 5 AZN

Kateqoriya 4 - 2 AZN

Şatış məntəqələri: Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)