"Qarabağ" - "Sabah" görüşünün vaxtı bilindi

Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” görüşünün başlama saatı məlum olub.

Sportlioe.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Dekabrın 18-də keçiriləcək görüş saat 19:30-da başlanacaq.

18 dekabr (cümə axşamı)

19:30.“Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”

Qeyd edək ki, hazırda "Qarabağ" 23 xalla lider, "Sabah" isə 21 xalla 3-cüdür.