"Qarabağ" - "Şamaxı" görüşünün biletləri satışda

Azərbaycan Premyer Liqasının XIX turunun "Qarabağ" - “Şamaxı” oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

Sportline.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qiymətlər 3, 7 və 15 manat aralığında dəyişir. Biletlər oyun günü həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq. Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.