"Qarabağ" "Şamaxı"ya qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2025-ci ilin ilk oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, XIX turun açılış matçında "Qarabağ" "Şamaxı" ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:00-da başlanacaq.

Azərbaycan Premyer Liqası
III dövrə XIX tur
17 yanvar
19:00. “Qarabağ” – “Şamaxı”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Babək Quliyev.

Qeyd edək ki, turun digər oyunları yanvarın 18-19-da baş tutacaq.