"Qarabağ" son məşqə çıxdı

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Lüksemburq təmsilçisi "F91 Düdelanj"ın qonağı olacaq "Qarabağ" bu gün oyunöncəsi son məşqinə çıxıb. SportLine.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar"ın son məşqi yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürüb. Son hazırlıqlar matçın keçiriləcəyi "Jos Nosbaum" stadionunda baş tutub.

Qeyd edək ki, "F91 Düdelanj" - "Qarabağ" matçı sabah saat 20:00-da başlayacaq və klubun "Youtube" kanalı vasitəsi ilə canlı yayımlanacaq.