"Qarabağ" stadion seçimini etdi
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununu “Dalğa Arena”da keçirəcək.
SportLine.az xəbər verir ki, bu barədə Qol.az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
O qeyd edib ki, matçın “Dalğa Arena”da keçirilməsi üçün UEFA-ya müraciət edilib.
Klub rəsmisi deyib ki, Olimpiya stadionundan imtina etmələrinin səbəbi arenanın ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyü də bərbad vəziyyətdə olduğu üçün Ağdam klubu orada oynamaqdan imtina edib.