"Qarabağ" tarixi fürsəti əldən verdi

"Qarabağ" - "Viktoriya" - 1:1
QOLLAR:
Muarem, 28 (1:0); Krmençik, 85 (1:1)

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo, Muarem Muarem, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov, Dani Kintana

Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Rahid Əmirquliyev, İlqar Qurbanov, Əfran İsmayılov,  Elvin Yunuszadə, Əlhərbi Əl Jadeuyi, Coşqun Diniyev

"Viktoriya": Matus Kozaçik, Lukas Heyda, Ales Mateju, Roman Hübnik (k), Tomas Horava, David Limberski,  Milan Petrjela, Mixal Duris, Partik Hrosovski, Daniel Kolar, Yan Kovarik

Ehtiyat oyunçular: Petr Bolek,  Yan Kopik, Reznik, Mixael Krmençik, Marek Bakoş, Frantişek Rajtoral, Tomas Kuçera

***

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab görüşləri start götürəcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da ilk oyun günündə meydana çıxacaq. Rəqib Çexiyanın "Viktoriya" (Plzen) komandası olacaq.

Bir həftə öncə səfərdə rəqibi ilə qolsuz heç-heçəyə imza atan "köhlən atlar" pley-off mərhələsinə adlamağa yaxındırlar. Bunun üçün istənilən hesablı qələbə "Qarabağ"ı qane edəcək. Qolsuz bərabərlik məsələnin həllini əlavə vaxta daşıyacaqsa, istənilən qollu heç-heçə "Viktoriya"ya sərf edəcək. Bunun üçün Qurban Qurbanovun komandası ilk növbədə, qapısının toxunulmazlığını təmin etməlidir.

Qarşılaşmanı Türkiyə Futbol Federasiyasından Hüseyin Göçek idarə edəcək. Oyunun start fiti 20:30-da səslənəcək.

02 avqust 2016
Çempionlar Liqası
III təsnifat mərhələsi (Cavab oyunu)

20:30. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya)

Baş hakim: Hüseyin Göçek
Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz
Dördüncü hakim: Bariş Şimşek (hamısı Türkiyə)
Hakim-inspektor: İqor Satkii (Moldova) 
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:0