"Qarabağ" "TOP-100"də
UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində keçirilən görüşlərdən sonra klubların reytinq cədvəlində müəyyən dəyişikliklər olub. SportLine.az xəbər verir ki, Yunanıstan səfərində qələbə qazanan "Qarabağ" aktivindəki xalların sayını 18.050-ə çatdırıb. Bununla da Ağdam klubu ilk "100-lüy"ə daxil olub. 99-cu pillədə qərarlaşan Qurban Qurbanovun komandası "Udineze", "Sassuolo", "Spartak" (Moskva) və s. komandaları qabaqlayır.