"Qarabağ" üç pillə irəlilədi

UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ötən həftə ilə müqayisədə üç pillə irəliləyən "Qarabağ" 117-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisinin aktivində 14,025 xal var ki, bunun da 1,825-ini cari mövsüm qazanıb.

Qeyd edək ki, siyahıya Madrid "Real"ı başçılıq edir. "Bavariya" 2-ci, "Barselona" 3-cüdür. 

Banner