"Qarabağ" və "Neftçi"nin oyunları təxirə salınacaq
Futbol komandalarının bəzi yoxlama oyunları nəzərdə tutulan vaxtda olmayacaq.
Sportline.az xəbər verir ki, buna səbəb iki həftə ərzində həftəsonları qadağaların tətbiq edilməsidir.
İyunun 14-də "Neftçi" - "Keşlə" və"Qarabağ" - "Səbail" görüşləri keçirilməyəcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bazar günü - iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir.
Azərbaycanda qadağaların 6-7 iyunda və 13 - 15 iyunda tətbiqi nəzərdə tutulur.