"Qarabağ" - "Viktoriya": biletlər satışa nə vaxt çıxarılacaq?
Çempionlar Liqasının III təsnifat mərhələsinin cvab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Viktoriya" matçının biletləri satışa çıxarılacaq.
SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər bu qarşılaşmanın biletlərini iyulun 30-u, saat 12:00-dan etibarən Respublika stadionunun kassalarından əldə edə bilər.
Avqustun 2-də keçiriləcək oyun saat 20:30-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb.