"Qarabağ" - "Viktoriya" görüşünün hakimləri açıqlandı
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək "Qarabağ" - "Viktoriya" (Plzen) matçının təyinatları açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun Türkiyədən olan hakimlər briqadasına həvalə olunub.
Qarşılaşmada Hüseyin Göçek fit çalacaq. Ona Mustafa Əmrə Eyisoy və Kemal Yılmaz köməklik edəcək. Dördüncü hakim funksiyasını Barış Şimşek yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" oyunu avqustun 2-i saat 20:30-da start götürəcək.