"Qarabağ" Xocalı qurbanlarını andı

“Qarabağ” qan yaddaşımızın səhifələrindən biri Xocalı faciəsini unutmayıb.

SportLine.az klubun saytına istinadən xəbər verir ki, hər zaman xüsusi məqamlara diqqətlə yanaşan vitse-prezident Tahir Gözəl bu gün komanda ilə görüşüb.

Görüş Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş 1 dəqiqəlik sükutla başlayıb. Daha sonra Gözəl həm Azərbaycan, həm də ingilis dillərində 26 il bundan əvvəl baş verən Xocalı faciəsi haqda ətraflı danışıb və futbolçulara geniş məlumat verib.