"Qarabağ" yeni əməkdaşlıq müqaviləsi bağlayıb
“Qarabağ” Futbol Klubu Azərbaycanın, eləcə də Qafqazın FIRST Robotics Competition (Elm və Texnologiyanın Təşviqi və Tanınması üçün Robototexnika Müsabiqəsi) üzrə ilk və yeganə komandası olan “MecHack-9030” komandası ilə rəsmi əməkdaşlığa başlayıb.
Sportline.az xəbər verir ki, məlumatı Ağdam klubunun mətbuat xidməti yayıb.
Əməkdaşlıq çərçivəsində komanda “Qarabağ MecHack-9030” adını daşıyacaq, gənclərin inkişafı, intellektual sahələrin təşviqi və ölkəmizin beynəlxalq arenada tanıdılması istiqamətində birgə fəaliyyət göstərəcək.
“Qarabağ” Futbol Klubu bu addımla gənclərin inkişafına, onların bacarıqlarının genişləndirilməsinə və Azərbaycan mədəniyyətinin tanıdılmasına dəstəyini daha da gücləndirdiyini bildirib.
“Qarabağ MecHack-9030” komandası son üç ildə beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edib və müxtəlif mükafatlar qazanıb.