"Qarabağ" yeni qapıçı ilə müqavilə bağladı
“Qarabağ” 2016/2017-ci illər mövsümü üçün növbəti transferini reallaşdırıb. SportLine.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi heyətini qapıçı ilə gücləndirib. Bu, serbiyalı Boyan Şaranovdur. Son mövsümü Serbiyanın "Partizan" klubunda keçirən qolkiperlə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Serbiya millisinin üzvü olan Şaranov bu ilin yanvar ayından "Partizan"da çıxış edirdi. O, Belqrad klubunda 18 oyun keçirib. Şaranov indiyə qədər bir dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına "Beoqrad" klubunda başlayan qapıçı "Makkabi" (Hayfa, İsrail), "Ergetolis" kimi komandalarda da forma geyinib.