"Qarabağ" yeni transferlərə hazırlaşır

Yaxın günlərdə “Qarabağ” iki transfer həyata keçirəcək.

Sportline.az xəbər verir ki, Qol.az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi milli komandamızın qapıçısı Emil Balayev və klubun sabiq müdafiəçisi Donald Gerye ilə razılıq əldə edib. Hər iki futbolçu ilə müqavilənin şərtləri razılaşdırılıb və tərəflərin ona imza atmağı qalıb.

Xatırladaq ki, E.Balayevin son klubu “Zirə”, Geryenin son komandası isə “Neftçi” olub.

Emil Balayev



Donald Gerye