"Qarabağ" Yunanıstandan zəfərlə dönür
Bu gün UEFA Avropa Liqasında 4-cü turun görüşləri keçirilcək. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən "Qarabağ" səfərdə PAOK-la qarşılaşacaq.
Bakıda rəqibinə qalib gələn "köhlən atlar"ı bu dəfə daha ciddi sınaq gözləyir. Qrupda eyni xala sahib rəqiblərin dueli 2-ci yerin sahibini müəyyənləşdirmək baxımından vacibdir. Hazırda PAOK top fərqinə görə Ağdam təmsilçisini üstələyir. Buna görə də, qələbə "Qarabağ" üçün daha önəmlidir. Həmçinin, Saloniki təsilçisinin son oyununu doğma meydanda "Slovan"la oynayacağını nəzərə alsaq, Ağdam təmsilçisinin məğlubiyyətinin pley-off şanslarını xeyli azaldacağını deyə bilərik.
Qrupun digər matçında "Fiorentina" "Slovan"ı qəbul edəcək.
04 noyabr 2016
Avropa Liqası, 4-cü tur
J qrupu
PAOK (Yunanıstan) – “Qarabağ” - 0:1
QOL: Miçel, 69 (0:1)
PAOK: 71. Qlikos, 3. Leo Matos, 4. Marin Leovak, 16. Qoyko Smirot, 21. Dieqo Bisesvar, 24. Qari Rodriges, 27. Ciannis Mistakidis, 31. Giorgios Tsavellas, 33. Stefanos Atahanadianis, 43. Fernando Varela, 87. Xose Kanyas
Ehtiyat oyunçular: 23. Jeliko Brkiç, 7. Mame Baba Tiam, 8. Çaris Çarisis, 13. Stelios Melazes, 14. Fakundo Pereyra, 28. Yevgen Şakov, 70. Stelios Kitisiu
Baş məşqçi: Vladimirİviç
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 20. Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana
Ehtiyat oyunçular: 12. Şahruddin Muhammedeliyev, 8. Miçel, 9. Reynaldo, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Duqlas Potter, Alastair Mater
Əlavə köməkçi hakimlər: Steven Maklin, Donald Robertson
Dördüncü hakim: Şon Karr (hamısı Şotlandiya)
Hakim-inspektor: Darko Ceferin (Sloveniya)
UEFA nümayəndəsi: Gennadi Skurtul (Moldova)
Saloniki. “Tumba” stadionu
"Fiorentina" (İtaliya) - "Slovan" (Liberets, Çexiya) - 3:0
QOLLAR: İliçiç, 30/p. (1:0); Kaliniç, 42 (2:0); Kristoforo, 73 (3:0)