"Qarabağ" Yunanıstana yola düşdü

"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin son turunun "Olimpiakos"la oyunu üçün Yunanıstana yollanıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun yerli mətbuat önünə, komandası isə açıq məşqə çıxacaq. 

Qeyd edək ki, yanvarın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.