"Qarabağ" "Zirə"yə qarşı

Bu gün "Qarabağ"la "Zirə" yoxlama matçında görüşəcək.

Sportline.az xəbər verir ki, Premyer Liqadakı uzun müddətli fasilədən istifadə edən komandalar "Azərsun Arena"da qarşılaşacaq. 

Matç nəzərdə tutulduğu kimi 18:00-da deyil, iki klubun razılığı əsasında 17:00-da başlayacaq.

Xatırladaq ki, "Qarabağ"la "Zirə" ilk turda Zirədə qarşılaşaraq 1:1 hesablı bərabərliyə qalıb. 

 

4 sentyabr

Yoxlama matçı

17:00. "Qarabağ" - "Zirə"

Bakı. "Azərsun Arena" stadionu