"Qarabağ"da şok itki

Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Şamaxı” ilə qarşılaşan “Qarabağ” ciddi itki ilə üzləşib. 

Sportline.az xəbər verir ki, matçın əvvəlində Ağdam klubunun aparıcı üzvü Filip Ozobiç zədələnib. Həkimlər millimizin üzvünə ilkin tibbi yardım göstərsələr də, o, oyunu davam etdirə bilməyib. 

18-ci dəqiqədə meydanı tərk edən Ozobiçin əvəzinə meydana Nəriman Axundzadə daxil olub.

Banner