"Qarabağ"dan ayrılan futbolçu Bundesliqada oynayacaq

"Qarabağ"dan ayrılan Ailton Silva karyerasını Bundesliqada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, braziliyalının müqavilə ilə məxsus olduğu “Ştutqart” klubunda qalacağı bildirilir.

Məlumata görə əvvəlcə futbolçunun satılması planlaşdırılsa da, komanda sol cinahda yaranan problemi nəzərə alaraq Ailtonu heyətdə saxlaya bilər. 25 yaşlı oyunçu “Ştutqart”ın yay toplanışına qatılacaq. Onun barədə yekun qərarın bundan sonra veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Ailton Silva ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.