"Qarabağ"dan əsgərlərimizə dəstək

Tovuz rayonunun Ağdam kəndi istiqamətində Ermənistan hərbiçilərinin təxribatı nəticəsində cəbhədə gərginlik yaranıb. Ağır döyüşdə əsgərlərimiz düşmənin cavabını verib.

Sportline.az xəbər verir ki, həmrəylik tədbirinə “Qarabağ” klubu da qoşulub. Klub sosial şəbəkə hesabında “Hər zaman Azərbaycan əsgəriyik!” şüarı ilə paylaşım edib.

Bundan əlavə, Ağdam təmsilçisi şanlı əsgərlərimizlə bağlı daha bir neçə post yerləşdirib.