"Qarabağ"dan eyni futbolçuya 2-ci təklif

Türkiyənin "1928 Bucaspor" klubunun futbolçusu Oğuz Aydın karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportline.az "TRT Spor"a istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın maraq dairəsindədir.

Ağdam təmsilçisinin, vinger üçün 3-cü liqa klubuna 2-ci dəfə rəsmi təklif göndərəcəyi bildirilib.

Qeyd edək ki, Oğuz Aydın Türkiyənin U-19 millisində 1 oyun keçirib.