"Qarabağ"dan "Fənərbaxça" azarkeşlərinə təşəkkür
Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə qarşılaşmada "Qarabağ"Azərbaycan futbol tarixində ən böyük xoreoqrafiyanı gerçəkləşdirib.
SportLine.az xəbər verir ki, "Qarabağ" klubun rəsmi saytı vasitəsi ilə 1 həftə öncədən Türkiyədən gələrək həmin tarixi anların reallaşmasında dəstək verən "1907 ÜNİFEB" (Universitetli Fənərbaxçalılar Birliyi) dərnəyinin üzvlərinə təşəkkür edib.
Qeyd edək ki, xoreoqrafiyada 20 min azarkeş iştirak edib.