"Qarabağ"dan inamlı qələbə

Avrokuboklarda təmsilçilərimiz - “Qarabağ” və “Keşlə” bu gün yoxlama oyununda üz-üzə gəlib.

Sportline.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən matç hərəsi 30 dəqiqə olmaqla 3 hissə oynanılıb. Görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” Qəbələdə, Avroliqa təmsilçimiz “Keşlə” isə Şamaxıda hazırlıq keçir.