"Qarabağ"ın Bilbao planı

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə qarşılaşacaq "Qarabağ"ın səfər proqramı məlumdur.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu bu gün, saat 18:00-da çarter reysi ilə İspaniyaya yollanacaq.

Oktyabrın 21-də, yerli vaxtla saat 18:15-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 18:45-də isə komandanın açıq məşq təşkil olunacaq.

"Qarabağ"a azarkeşlər üçün 600 bilet ayrılıb. Onlardan 400-ə yaxını artıq öz sahibini tapıb.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Atletik" - "Qarabağ" matçının start fiti Bakı vaxtı ilə saat 20:45-də səslənəcək.